13 oktyabr 2022 13:56
628

Qırğzızıstanla dostluq və qardaşlığa söykənən əlaqələrimiz yaxın perspektivdə uğurlu nəticələrini verəcək

Gələn il Azərbaycan və Qırğızıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edilcək. Ortaq tarixə, qardaşlığa və qarşılıqlı hörmətə əsaslanan dövlətlərarası münasibətlər artan sürətli xətlə inkişaf etməkdədir.

Ölkələr arası rəsmi görüşlər zamanı əldə edilmiş razılaşmalar və bir sıra sənədlər, o cümlədən Azərbaycan Respublikası ilə Qırğızıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə və Azərbaycan Respublikasının Dövlətlərarası Şurasının yaradılması haqqında Memorandum Azərbaycan Respublikası və Qırğızıstan Respublikası münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə qalxmasını əks etdirir.

Hətta Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarova ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərdiyi zaman bu fikirləri bildirmişdir. “İnanıram ki, biz Azərbaycan-Qırğızıstan münasibətlərinin mövcud potensialından daha səmərəli istifadə etmək üçün bundan sonra da birgə səylər göstərəcək, həm ikitərəfli, həm də çoxtərəfli formatda qarşılıqlı etimada və dəstəyə əsaslanan əməkdaşlığımızı genişləndirəcəyik”

Prezident İlham Əliyevin təntənəli qarşılanma mərasimi iki ölkə arasında nə qədər sıx münasibətlərin olmağının bariz nümunasidir.

Bu görüş Azərbaycan və Qırğızıstan arasında siyasi və iqtisadi baxımdan çox böyük əhəmiyyətə malik olduğu qədər, Asiya qitəsinində maraqları dairəsində olmuşdur. Həmçinin bu görüş diplomatik münasibətlərin qurulmasının digər qitə ölkələri üçün böyük əhəmiyyət kəsb edir. İmzalanan yeni sənədlər nəyin ki Azərbaycan və Qırğızıstan munasibətlərinə, Asiya qitəsi üçün strateji əhəmiyyətə malikdir. Qarşılıqlı maraqlar üzərində qurulmuş strateji tərəfdaşlıq yeni imkanlar açır.

Qırğızıstanla siyasi-iqtisadi əlaqələrimizlə paralel olaraq humanitar-mədəni əlaqələrimizin də dərin kökləri var. Bu istiqamət üzrə ölkə başçımızın cari ilin 11 oktyabrında Qırğızıstana səfərini xüsusi vurğulamaq lazımdır. Dostluq parkının açılması, Ümumilli Liderimizin və dahi mütəfəkkirimiz Nizami Gəncəvinin adına məktəblərin açılması bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.

Bunlara əsaslanaraq deyə bilərik ki, müxtəlif sahələrdə ciddi əməkdaşlığın  böyük gələcəyi var.  Təkcə iqtisadi məsələlər deyil, digər sahələrdə də yaxşı nəticələr var.

Subhan Ərəbi,
YAP-ın gənc fəalı