"Mançester Siti"nin futbolçusu Erlinq Haalandın klubu ilə imzaladığı müqavilədə "Real"la bağlı bənd yer alıb.
"İki sahil" "El Chiringuito"ya istinadən xəbər verir ki, bəndə əsasən, norveçli hücumçu 2024-cü ilin yayında "Real"a keçə bilər. Haalandın özü bunun müqaviləsində olmasını istəyib. Madrid klubu müqavilənin bəndində yer alan məbləği ödəyərək "Mançester Siti" ilə heç bir danışıq aparmadan oyunçunu ala bilər.
Qeyd edək ki, Haaland bu yay Dortmund "Borussiya"dan "Mançester Siti"yə keçib. O, klubla 2027-ci ilin iyununa kimi müqavilə imzalayıb.
Qadın voleybolçular arasında Avropa çempionatının C qrupunda mübarizə başa çatıb