"Olimpiakos"un baş məşqçisi Xose Miçel Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Qarabağ"la görüşdə hücum mövqeyində yarımmüdafiəçi Pep Bieli oynatmaq niyyətindədir.
“İki sahil” xəbər verir ki, bu barədə Yunanıstanın sdna.gr saytı məlumat yayıb.
Bildirilir ki, mütəxəssis hücum mövqeyindən narahatdır. Çünki hücumçulardan Yussef Əl-Arabi matçı buraxacaq, Sedrik Bakambu Avroliqa üçün sifariş olunmayıb, Hvan Uy Conun durumu isə hələllik bəlli deyil. Miçel üçün yeganə seçim Abubakar Kamaradır. Lakin o, forvardın oyunundan razı deyil. İspaniyalı mütəxəssis hücumçuya güvənmir. Buna görə də çalışdırıcı yarımmüdafiəçi Pep Bieli "yalançı 9 nömrə" mövqeyində oynatmaq niyyətindədir.
Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bu komandalar arasında 4-cü tur oyunu oktyabrın 13-də Bakıda olacaq.
Qadın voleybolçular arasında Avropa çempionatının C qrupunda mübarizə başa çatıb