Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası klub turnirlərində indiyədək ən çox qol vurmuş futbolçuların yeni siyahısını açıqlayıb.
“İki sahil” xəbər verir ki, sıralamaya hazırda "Mançester Yunayted"də oynayan Kriştiano Ronaldo liderlik edir. 37 yaşlı hücumçu 699 qol vurub.
Braziliyalı sabiq futbolçu Romario 2-ci (691), PSJ-nin oyunçusu Lionel Messi isə 3-cüdür (690).
Klub turnirlərində ən çox qol vuran futbolçular:
1. Kriştiano Ronaldo - 699 qol
2. Ramario - 691 qol
3. Lionel Messi - 690 qol
4. Yozef Bikan - 688 qol
5. Pele - 679 qol
6. Ferens Puşkaş - 645 qol
7. Cimmi Cons - 635 qol
8. Coe Bambrik - 595 qol
9. Eysebio - 578 qol
10. Herd Müller - 566 qol
11. Qlen Ferqyüsson - 561 qol
12. Cimmi Makqori - 540 qol
13. Fernando Peyroteo - 539 qol
14. Uve Seeler - 508 qol
15. Alfredo di Stefano - 501 qol
16. Robert Levandovski - 500 qol
Qadın voleybolçular arasında Avropa çempionatının C qrupunda mübarizə başa çatıb