03 oktyabr 2022 16:44
492

"Çelsi" "Leyptsiq"in hücumçusu ilə anlaşdı

“Leyptsiq”in futbolçusu Kristofer Nkunku “Çelsi”yə keçəcək.

"İki sahil" "skysports"a istinadən xəbər verir ki, fransalı hücumçu artıq London klubu ilə anlaşıb. 24 yaşlı futbolçu ilə 2028-ci ilədək müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, Nkunku bu mövsüm "Leyptsiq"də 11 oyunda 6 qol vurub. Nkunku ötən mövsüm Bundesliqanın ən yaxşı oyunçusu seçilib.