03 oktyabr 2022 12:26
536

Campaolo istefaya göndərildi

“Sampdoriya” baş məşqçisi Marko Campaolo ilə yollarını ayırıb.

“İki sahil” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 55 yaşlı mütəxəssis uğursuz nəticələrə görə vəzifəsindən göndərilib. Komanda bu mövsüm onun baş məşqçiliyi altında A seriyasının 8 turundan sonra cəmi 2 xal toplayıb və sonuncu - 20-cidir.

Qeyd edək ki, Campaolo bu ilin yanvarından "Sampdoriya"nı çalışdırırdı.