"Milan"ın idman direktoru Paolo Maldini zədəsini sağaldan Zlatan İbrahimoviçin vəziyyəti haqda danışıb.
“İki sahil” xəbər verir ki, o, “La Gazzetta dello Sport”a açıqlamasında bu gün 41 yaşı tamam olan hücumçunun karyerasını bitirmək ehtimalının olduğunu bildirib: “Zlatan müqaviləni yeniləyəndə dedik ki, özünü 100 faiz oyunçu kimi hiss etməlidir. O, karyerasını bitirmək ehtimalından bir az narahatdır, amma sakit qalmalıdır. Həyat həmişə ona gülümsəyib”.
Qeyd edək ki, İisveçli hücumçu dizindən əməliyyat olunduğu üçün bu mövsüm meydana çıxmayıb. Onun 2023-cü ilin yanvarında sıraya dönməsi gözlənilir.
Qadın voleybolçular arasında Avropa çempionatının C qrupunda mübarizə başa çatıb