03 oktyabr 2022 10:04
570

Azərbaycan gimnastları Böyük Britaniya çempionatında 4 medal qazanıblar

Azərbaycan gimnastları Birmingem şəhərindəki açıq Böyük Britaniya çempionatında 4 medal qazanıb.

“İki sahil” xəbər verir ki, Maqsud Mahsudov və Selcan Mahsudova batut növündə qızıl, Hüseyn Abbasov bürünc medala layiq görülüb.

Tamblinqdə isə Tofiq Əliyev bürünc medala sahib çıxıb.