02 oktyabr 2022 17:36
497

"Sabah" Şamaxıda qələbə qazandı

Bu gün Misli Premyer Liqasında 8-ci tur çərçivəsində "Şamaxı" "Sabah"ı qəbul edib.

“İki sahil” xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən görüş qonaqların qələbəsi ilə başa çatıb.

Matçda yeganə qolu 90+1-ci dəqiqədə Abdulayev Ba vurub.

Misli Premyer Liqası

VIII tur

2 oktyabr (bazar)

15:30. “Şamaxı” 0–1 “Sabah”

Qol: Abdulayev Ba, 90+1

Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Vüsal Məmmədov, Emin Əliyev

Şamaxı şəhər stadionu