30 sentyabr 2022 17:27
473

"Barselona"nın 2022/23 mövsümü üçün maaş büdcəsi

“Barselona”da maaşlara ayrılan vəsaitin həcmi artıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Catalunya Radio” məlumat yayıb.

Klubun maliyyə hesabatında göstərilib ki, bu mövsüm “Barselona”da ödənilən maaş 650 milyon avro təşkil edir. La Liqa bu məbləğdə maaş ödənilməsinə icazə verib.

Ötən mövsümlə müqayisədə klubun maaşa ayırdığı vəsait 138 milyon avro artıb.

Bu, klub tarixində 2-ci göstəricidir. Yalnız 2018/2019 mövsümündə “Barselona”da daha çox maaaş ödənilib. Həmin vaxt bu məbləğ 671 milyon avro olub.