30 sentyabr 2022 15:46
501

UEFA "Neftçi"yə vəsait köçürdü

UEFA "Neftçi" klubuna ödəniş edib.

"İki sahil" AFFA-nın saytına istinadən xəbər verir ki,  Avropa Konfrans Liqasının təsnifat mərhələsində iştirakına görə "ağ-qaralar"a 650 000 avro vəsait ayrılıb.

Məbləğ AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.

Qeyd edək ki, "Neftçi" Konfrans Liqasının 1-ci təsnifat mərhələsində Kipr "Aris"ini mübarizədən kənarlaşdırıb, 2-ci mərhələdə Avstriya "Rapid"ində uduzub.