30 sentyabr 2022 14:38
546

"Qarabağ"ın nümayəndəsi: Medina tam sağalıb

“Qarabağ” Misli Premyer Liqasının 8-ci turunda “Neftçi”ni qəbul edəcək. Ağdam təmsilçisi sabah keçiriləcək Azərbaycan derbisinə itkilərlə çıxacaq.

“İki sahil” xəbər verir ki, Klubun mətbuat xidmətinin rəsmisinin verdiyi məlumata görə, komandanın kapitanı Maksim Medvedev və digər müdafiəçi Rahil Məmmədov hələlik meydana çıxmağa hazır deyillər: “Onlar qismən əsas komanda ilə məşqlərə başlayıblar. Hələ tam sağalmayıblar”.

MX nümayəndəsi kolumbiyalı mərkəz müdafiçisi Kevin Medinanın isə artıq tam sağaldığını bildirib: “İdman formasının necə olduğunu deyə bilmərəm, amma artıq komanda ilə tam məşq edir”.

Qeyd edək ki, sabah “Azərsun Arena”da keçiriləcək “Qarabağ” – “Neftçi” matçı saat 18:00-da başlayacaq.