Əfsanəvi futbolçu Luiş Fiqu dünya rekorduna imza atıb.
“İki sahil” xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
49 yaşlı keçmiş futbolçu Yaxın Şərq, Avropa və Latın Amerikasından olan daha 7 futbolççu ilə birlikdə komanda yaradıb. Onlar yerdən 6 km 166 metr hündürlükdə futbol oynayıblar. Qarşılaşma təyyarənin içərisində xüsusi quraşdırılmış 75 kvadratmetrlik meydançada olub.
Bildirilir ki, bu, Ginnesin Rekordlar Kitabında ən yüksək hündürlükdə və 0 çəki şəraitində futbol oynamaq rekordu kimi qeyd olunacaq.
Əlavə edək ki, Fiqu bu tarixi görüşdə qol da vurub.