27 sentyabr 2022 16:07
413

Benzema qayıdır

"Real"ın futbolçusu Kərim Benzema zədəsini sağaldıb.

"İki sahil" "El Chiringuito TV"yə istinadən xəbər verir ki, fransalı hücumçu La Liqanın 7-ci turunda "Osasuna" ilə matçda (2 oktyabr) meydana qayıda bilər.

Qeyd edək ki, Benzema Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində sentyabrın 6-da keçirilən “Real” – “Seltik” görüşündə (3:0) zədələnmişdi.