Niderland millisinin sabiq kapitanı Filip Kokunun yeni iş yeri müəyyənləşib.
“İki sahil” xəbər verir ki, o, "Vitess"in baş məşqçisi təyin olunub. Bu barədə Niderland klubunun saytı məlumat yayıb. Mütəxəssislə 2024-cü ilin yayına kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Kokunun son iş yeri 2020-ci ilin noyabrında istefaya göndərildiyi "Derbi Kaunti" (İngiltərə) olub.