27 sentyabr 2022 13:31
444

U-19 millimiz Lüksemburqa qarşı

Azərbaycan U-19 millisi Avro-2023-ün seçmə mərhələsində bu gün son oyununu keçirəcək.

“İki sahil” xəbər verir ki, yığmamız Lüksemburqla qarşılaşacaq. Bolqarıstanın Albane şəhərindəki matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, yığmamız ilk 2 oyununda Bolqarıstana (0:1) və Türkiyəyə (1:5) uduzub.

Avro-2023, seçmə mərhələ

27 sentyabr

18:00. Lüksemburq U-19 – Azərbaycan - U-19

Baş hakim: Helgi Mikael Jonasson (İslandiya)

18:00. Bolqarıstan U-19 - Türkiyə U-19

Xallar: Türkiyə - 4, Bolqarıstan - 4, Lüksemburq - 2, Azərbaycan - 0.