"Neftçi"nin sükanı arasında olan Laurentsiu Regekampf Rumıniya millisinin baş məşqçisi ola bilər.
47 yaşlı mütəxəssis Rumıniya Futbol Federasiyasının prezidenti Razvan Burleanunun namizədləri siyahısındadır.
Yığmanın hazırkı baş məşqçisi Edvard İordanesku istefaya göndərilsə, komanda 5 mütəxəssisdən birinə tapşırılacaq.
Regekampfdan başqa George Haci, Viktor Pitsurka, Kosmin Olariu və Dan Petresku namizədlər siyahısındadır.
Qeyd edək ki, mövsümün əvvəlində "Neftçi" ilə müqavilə imzalayan Laurentsiu Regekampfın klubla müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.
"Report"