Azərbaycan millisinin və “Qarabağ” klubunun futbolçusu Qara Qarayev Slovakiya və Qazaxıstanla oyunlara dəvət etməməsinə münasibət bildirib.
“İki sahil” xəbər verir ki, o İTV-də yayımlanan “Bol idman” verilişində bu barədə danışıb.
30 yaşlı yarımmüdafiəçi İctimai Televiziyada yayımlanan "Bol idman" verilişində problemin məşq vaxtı italiyalı mütəxəssisin ona dediyi sözlərdən qaynaqlandığını bildirib.
Q.Qarayev bildirib ki, milli komandanın baş məşçisi De Byazi onu boyunun balaca olduğuna görə komandaya dəvət etməyib: “Bu söhbət federasiya rəhbərliyi və mətbuat katibinin yanında oldu. De Byazi bildirdi ki, sənin boyun qısadır, istəyirəm o mövqedə hündürboylu idmançı oynadım. İctimai rəyi mənim üstümə yönləndirməyini heç vaxt qəbul etməmişəm. De Byazinin dediyi kimi, özüm bilirəm. Hətta çox şeyi bilirəm. Sadəcə, bilmirəm ki, bunlar kimin daha çox ziyanına və ya xeyrinə işləyəcək".
Qeyd edək ki, Canni De Byazi mətbuat konfransında Qara Qarayevin millinin oyunlarına dəvət edilməməsinin səbəbini özünün bildiyini demişdi.