Slaven Biliçin yeni klubu müəyyənləşib.
“İki sahil” xəbər verir ki, o, İngiltərə Çempionşip təmsilçisi "Uotford"un baş məşqçisi təyin olunub. Bu barədə klubun saytı məlumat yayıb. Mütəxəssislə 1.5 ilik müqavilə imzalanıb. O, istefaya göndərilən Rob Edvardsı əvəzləyib.
Qeyd edək ki, S.Biliçin son klubu yanvarda ayrıldığı "Beijinq Qoan" olub.