26 sentyabr 2022 17:07
478

"İnter"də ciddi itki: "Barselona" ilə oyunları buraxacaq

Xorvatiya millisinin və "İnter"in futbolçusu Marselo Brozoviç zədələnib.

“İki sahil” xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Millətlər Liqasının qrup mərhələsinin 6-cı turunda  Avstriya ilə görüşdə (3:1) sıradan çıxıb. Yığmanın baş məşqçisi  Zlatko Daliç Brozoviçin 3-4 həftə yaşıl meydanlrdan kənarda qalacağını bildirib. Ona görə də oyunçu Çempionlar Liqasının 3-cü və 4-cü tularında "Barselona" ilə matçları buraxacaq.

Qeyd edək ki, "İnter"lə "Barselona" arasındakı ilk oyun oktyabrın 4-də İspaniyada, növbəti gürüşü isə oktyabrın 12-də İtaliyada olacaq.