26 sentyabr 2022 16:45
467

Millinin tarixinə düşdü

Avstriya yığmasının üzvü Marko Anrautoviç millinin tarixinə düşüb.

“İki sahil” xəbər verir ki, 33 yaşlı hücumçu Millətlər Liqasında Xorvatiya ilə oyunda meydana çıxmaqla buna nail olub.

104-cü matçına çıxan hücumçu millisində ən çox oyun keçirən futbolçu adına yiyələnib. O, bununla Andreas Hersoqun (103) rekordunu qırıb.

Qeyd edək ki, 2008-ci ildən Avstriya millisində çıxış edən Arnautoviç 33 qol vurub.