"Trabzonspor" futbolçusu Anders Trondsenlə yollarını ayırıb.
“İki sahil” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı yarımmüdafiəçi ilə 2024-cü ilədək olan müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Oyunçu klubdan 11 dəfəlik hissəli ödəmə ilə 1 milyon 252 min 500 avro təzminat alacaq.
Qeyd edək ki, Anders 2020-ci ildən "Trabzonspor"da oynayırdı.