26 sentyabr 2022 15:23
427

"Sumqayıt" yeni baş məşqçisini açıqladı

"Sumqayıt"ın yeni baş məşqçisi müəyyənləşib.

"İki sahil" klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanı Samir Abasov çalışdıracaq.

O, bu vəzifədə bir neçə gün əvvəl istefaya göndərilən Aleksey Baqanı əvəzləyib. Abasovla 2024/25 mövsümünün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Samir Abasov 2015 - 2018-ci illərdə də "Sumqayıt"ı çalışıdırıb.