Niderland millisinin baş məşqçisi Lui van Qal yığmanın sabiq çalışdırıcısı Dik Advokatın rekordunu təkrarlayıb.
“İki sahil” xəbər verir ki, bu, onun komandasının ötən gecə Millətlər Liqasının qrup mərhələsinin 6-cı turunda Belçikanı məğlub etməsi (1:0) nəticəsində qeydə alınıb. 71 yaşlı mütəxəssis Niderland millisi ilə 37-ci qələbəsini qazanıb. Beləliklə, o, 1992-1994, 2002-2004 və 2017-ci illərdə yığmanı çalışdıran Dik Advokatın rekordunu təkrarlayıb.
Qeyd edək ki, Van Qal 2021-ci ildən Niderland millisinə baş məşqçilik edir. O, 2000-2001, 2012-2014-cü illərdə də bu komandanı çalışdırıb.a