26 sentyabr 2022 10:46
443

Türkiyə millisində baş məşqçi ilə bağlı qərar açıqlanıb

Türkiyə millisi baş məşqçi dəyişikliyi etməyəcək.

“İki sahil” xəbər verir ki, bunu Türkiyə Futbol Federasiyasının rəsmisi Hamit Altıntop açıqlayıb.

Sabiq futbolçu bildirib ki, almaniyalı çalışdırıcı Ştefan Kuntz postunda qalacaq: “Milli komandada hər hansı bir dəyişiklik olmayacaq. Bunu yığmaya cavabdeh olan şəxs kimi deyirəm. Baş məşqçi ilə yollarımızı davam etdirəcəyik. Ümid edirəm ki, bundan sonra söz-söhbətlər dayanacaq”.

Qeyd edək ki, Kuntz ötən ilin sentyabrından Türkiyə millisini çalışdırır. “Ay-ulduzlular” Millətlər Liqasının C liqasında yer aldığı qrupu 1-ci pillədə başa vuraraq, B liqasına yüksəlib.