26 sentyabr 2022 03:00
527

Almaniyalı futbolçulara 400 min avro vəd verildi

Almaniya millisinin hər bir futbolçusu yığma komandanın DÇ-2022-nin qalibi olacağı təqdirdə 400 min avro alacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Almaniya Futbol Federasiyası (DFB) məlumat yayıb.

Məlumata görə, hər bir oyunçu milli komanda qrup qalibi olduqda 50 min avro, 1/4 finala yüksəldikdə 100 min avro, yarımfinala çıxdıqda isə 150 ​​min avro alacaq.

3-cü yer üçün 200 min avro, vitse-çempionluq üçün isə 250 min avro ödəniləcək.