25 sentyabr 2022 22:09
632

Millətlər Liqası: Millimiz qrupu 2-ci pillədə başa vurdu

Bu gün milli komandamız UEFA Millətlər Liqasının 2022/23 mövsümündə son matçına çıxıb.

“İki sahil” xəbər verir ki, C liqasının 3-cü qrupunda yer alan Canni De Byazinin komandası 6-cı turda Qazaxıstanı qəbul edib.

Matçın 67-ci dəqiqəsində qazaxıstanlı futbolçu Aleksandr Maroçkin topu öz qapısından keçirərək hesabı açıb. 74-cü dəqiqədə Filip Ozobiç fərqi iki topa çatdırıb. 90+1-ci dəqiqədə isə Anatoli Nuriyev oyunda son nöqtəni qoyub – 3-0.

Bununla da xallarının sayını 10-a yüksəldən milli komandamız qrup mərhələsini 2-ci yerdə başa vurub.

Xatırladaq ki, qrupun digər oyununda Slovakiya Belarus ilə 1-1 bərabərə qalıb.

Qeyd edək ki, 6 oyundan 13 xal toplayan Qazaxıstan 1-ci, 10 xalla milli komandamız 2-ci, 7 xalla Slovakiya 3-cü, Belarus isə 3 xalla sonuncu yerdə qərarlaşıb.

UEFA Millətlər Liqası,

6-cı tur

25 sentyabr

C liqası,

3-cü qrup

20:00. Azərbaycan 3–0 Qazaxıstan

Qol: Aleksandr Maroçkin, 67-avtoqol, Filip Ozobiç, 74, Anatoli Nuriyev, 90+1

Qırmızı vərəqə: Nuralı Alip, 35 (Qazaxıstan)

Baş hakim: Harm Osmers

Bakı. “Dalğa Arena”

20:00.Slovakiya 1-1 Belarus

Qollar: Bakhar, 45 (0:1), Zrelak, 65 (1:1)