25 sentyabr 2022 12:31
539

Leonardo Spinazzola: Mourinyo üçün döyüşə gedərik

"Roma"nın müdafiəçisi Leonardo Spinazzola klubun baş məşqçisi Joze Mourinyo ilə münasibətindən danışıb.

“İki sahil” "Sky Sport Italia"ya istinadən xəbər verir ki, o, portuqaliyalı mütəxəssis haqda deyib: “Jozenin dediyi hər şeyi edirik.  Bizə "döyüşə get" deyərsə,  onun üçün döyüşə gedərik. Bu qədər sadədir. Onun dediyi hər şey gerçəkləşir. Mourinyo məşqdə çox sakitdir. Hərəkətlərimizi izləməyi və bədən dilimizi müşahidə etməyi sevir. Joze bu şeylərə çox diqqətlidir".

Mourinyo 2021-ci ilin iyulunda “Roma”nın baş məşqçisidir. Mütəxəssislə klub arasında müqavilə 2024-cü ilə qədər nəzərdə tutulub.