25 sentyabr 2022 09:05
452

Serbiya millisinin kapitanından Ukraynaya dəstək

Futbol üzrə Serbiya yığmasının kapitanı Duşan Tadiç 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının təşkilat komitəsinin bir sıra tələblərini yerinə yetirməkdən imtina edib.

“İki sahil” xəbər verir ki, söhbət turnirin oyunları zamanı göy qurşağı (LGBT) və Ukrayna bayrağı rəngli kapitan sarğılarının taxılmasından gedir.

Bildirilib ki, Tadiç bir sıra digər millilərin kapitanlarından fərqli olaraq, bu aksiyalarda iştirak etməyəcək.

Xatırladaq ki, dünya çempionatı 2022-ci il noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.