UEFA Millətlər Liqasının qrup mərhələsində V turun digər oyunları keçirilib.
“İki sahil” xəbər verir ki, A, B, C və D Liqalarında ümumilikdə 7 qarşılaşma baş tutub.
A Liqasının 3-cü qrupunda Macarıstan səfərdə Almaniyanı 1:0 hesabı ilə məğlub edərək liderliyini qoruyub. İtaliya isə İngiltərəyə eyni hesabla qalib gəlib. Bu nəticələrdən sonra britaniyalılar B Liqasına düşüb.
B Liqasında Monteneqroya qalib gələn Bosniya və Herseqovina millisi A Liqasına vəsiqəni rəsmiləşdirib. 3-cü qrupun digər matçında Finlandiya Rumıniya ilə heç-heçə edib - 1:1.
Şimali Makedoniyanı 2 cavabsız qolla üstələyən Gürcüstan yığması B Liqasına yüksəlib. Bolqarıstana 1:5 hesabı ilə uduzan Cəbəllütariq D Liqasına enib.
Nəhayət, D Liqasında Maltanı 2:1 hesabı ilə məğlub edən Estoniya seçməsi C Liqasına vəsiqəni rəsmiləşdirib.