23 sentyabr 2022 20:41
594

Stolüstü tennisçimiz yarımfinalda 

Stolüstü tennisçimiz Aylin Əsgərova Gürcüstanın paytaxtı Tbilisi şəhərində yeniyetmələrin “WTT YOUTH CONTENDER TBILISI” turnirində uğurla çıxış edir.

“İki sahil” xəbər verir ki,  bBu gün 17 yaşadək idmançıların mübarizəsinə qatılan tennisçi qrup mərhələsində İran və Qazaxıstan tennisçilərinə qalib gələrək 1/8 finala adlayıb.

Ardınca daha iki qazaxıstanlı rəqibini də üstələyən tennisçimiz adını 1/2 finala yazdırıb. O, sabah finala çıxış uğrunda Honkonq idmançısı ilə qarşılaşacaq.

Qeyd edək ki, bu gün yarışa qatılan daha bir tennisçimiz Arzu Aslanova ¼ finalda mübarizəni dayandırıb.