23 sentyabr 2022 15:52
544

Maldini karyerası ərzində gördüyü ən böyük futbolçuları açıqladı

"Milan"ın əfsanəvi futbolçusu, hazırda klubda texniki direktor kimi çalışan Paolo Maldini karyerasında gördüyü ən yaxşı üç futbolçunun adını açıqlayıb.

"İki sahil" İtaliya məttbuatına istinadən xəbər verir ki, bu barədə o,DAZN-də yayımlanacaq Ronaldo haqqında “Fenomen” sənədli filmində danışıb. Maldini deyib: "Karyeramda gördüyüm ən böyük üç oyunçu Messi, Maradona və Ronaldodur".

Qeyd edək ki, "Milan"ın yetirməsi olan Maldini 1984-2009-cu illərdə klubun əsas komandasında oynayıb. 54 yaşlı keçmiş müdafiəçi 2019-cu ildən İtaliya təmsilçisinin texniki direktorudur.