Milli komandamızın hücumçusu Renat Dadaşov UEFA Millətlər Liqasında Slovakiyaya qalib gəldikləri oyundan (2:1) sonra bununla bağlı İnstaqram hesabında paylaşım edib.
“İki sahil” xəbər verir ki, matçda ilk qolun müəllifi olan 23 yaşlı futbolçu yığmada ilk qolu vurduğuna görə sevindiyini bildirib:
"Ölkəm üçün ilk qolumu vurdum. Möhtəşəm oyun üçün komandama təşəkkür edirəm. Bu qələbəni azarkeşlərimizin sayəsində qazandıq. Bu hissləri sözlərlə ifadə etmək olmur. Davam edirik".