23 sentyabr 2022 12:33
490

Azərbaycanla oyun öncəsi Qazaxıstan millisində itki

Millətlər Liqasında qrup mərhələsinin sonuncu turunda millimizlə qarşılaşacaq Qazaxıstan millisi oyuna itki ilə çıxacaq.

“İki sahil” xəbər verir ki, Asxat Tagibergen cəzalı duruma düşüb.

“Tobol”un futbolçusu bu səbəbdən sentyabrın 25-də Bakıd keçiriləcək görüşdə oynamayacaq. Komandasının kapitanı 5-ci turun Belarusla dünənki görüşündə qırmızı vərəqə alıb.

Qeyd edək ki, Qazaxıstan millisi 13 xalla qrup liderliyini təmin edib və B liqasına vəsiqə qazanıb. Azərbaycan millisi isə 7 xalla 2-cidir.