Azərbaycan millisinin futbolçusu Riçard Almeyda cəzalı duruma düşüb.
“İki sahil” xəbər verir ki, buna Braziliya əsilli yarımmüdafiəçinin səfərdə Slovakiyaya qarşı keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin V tur oyununda sarı vərəqə görməsi səbəb olub.
Cari mövsümdə ikinci dəfə xəbərdarlıq alan 33 yaşlı oyunçu Qazaxıstana qarşı qrupun son görüşünü buraxacaq.