"Real"ın futbolçusu Marko Asensio "Barselona"ya mümkün transferi ilə bağlı yayılan iddialara münasibət bildirib.
“İki sahil” xəbər verir ki, o, "Marca"ya müsahibəsində deyib: "Düzünü desəm, "Baselona"nın məni almaq istəyib-istəməyəcəyini bilmirəm. Bir çox başqa klub mənə təklif göndərmişdi. "Barselona"ya keçmək barədə düşünməmişəm və bu variantı dəyərləndirməmişəm. Haqqımda çox şayiələr yayılır və bu normaldır. 7 aydan sonra istənilən klubla müqavilə bağlaya bilərəm".
Qeyd edək ki, Asensionun Madrid təmsilçisi ilə müqaviləsi bu mövsümün sonu başa çatır.