22 sentyabr 2022 09:47
517

İngiltərə klubları oyunların vaxtını dəyişdirmək istəyir

İngiltərədə bəzi futbol klubları elektrik enerjisi istehlakını azaltmaq üçün oyunların vaxtını dəyişdirməyi planlaşdırır.

“İki sahil” xəbər verir ki, komandaların əksəriyyəti qarşılaşmaların günorta saatlarında keçirilməsinin tərəfdarıdır.

Elektrik enerjisi xərclərinin azalması onun maya dəyərinin artması və Avropadakı enerji böhranı ilə bağlıdır.