20 sentyabr 2022 16:33
639

İkinci dəfə "Olimpiakos"a baş məşqçi təyin olunur

Xose Miçel "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Olimpiakos"un baş məşqçisi olacaq.

“İki sahil” xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb. İspan mütəxəssislə 2 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, X.Miçel 2013-2015-ci illərdə Yunanıstan təmsilçisini çalışdırıb və komanda ilə 2 dəfə ölkə çempionu olub. O, son olaraq ötən il "Xetafe"nin baş məşqçisi vəzifəsində işləyib.

Xatırladaq ki, “Olimpiakos”   Yunanıstan çempionatının 5-ci turunda "Aris"ə səfərdə 1:2 hesabı ilə uduzduqları oyundan sonra baş məşqçisi Karlos Korberanı istefaya göndərib.