20 sentyabr 2022 15:14
334

34 yaşında xərçəngdən dünyasını dəyişdi

İsveçrəli futbolçu, son olaraq "Arau"da (İsveçrə) oynamış Nikolas Şindelholts vəfat edib.

"İki sahil" xarici mətbuata istinadən xəbər verir ki, müdafiəçi 34 yaşında ağciyər xərçəngindən dünyasını dəyişib.

O, 2020-ci ildə bir matçdan sonra özünü pis hiss etmişdi. Bunun ardından oyunçuya 2020-ci ilin yayında xərçəng diaqnozu qoyulmuşdu. Daha sonra futbolçu peşəkar karyerasını başa vurduğunu açıqlayıb. O, 2 il idi ki, müalicə alırdı.

Qeyd edək ki, Şindelholts ölkəsində “Tun”, “Lütsern” kimi komandalarda da oynayıb.