20 sentyabr 2022 14:02
526

Alleqri stadionu polisin müşayiəti ilə tərk edib

"Yuventus"un zəif nəticələri Turin klubunun baş məşqçisi Massimiliano Alleqrini polisin müşayiəti ilə stadionu tərk etməyə məcbur edib.

"İki sahil" İtaliya mətbuatına xəbər verir ki, A seriyasının 7-ci turunda "Monza"ya sensasiyalı məğlubiyyətdən (0:1) sonra mütəxəssis gücləndirilmiş təhlükəsizliklə maşınına qayıtmalı olub.

Qeyd edək ki, "Yuventus" ölkə çempionatında 10 xalla 8-ci pillədə qərarlaşıb.