20 sentyabr 2022 10:12
577

Azərbaycan və Türkiyə milli komandaları yoldaşlıq oyunları keçirəcəklər

16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sentyabrın 21-dan 25-dək Bakıda, 26-dan 30-dək isə Türkiyənin Erzurum şəhərində təlim-məşq toplanışı olacaq.

"İki sahil" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma sentyabrın 27-də və 29-da Türkiyənin müvafiq yaş qrupundan ibarət komandasına qarşı iki yoldaşlıq oyunu keçirəcək.

Bakı toplanışından sonra yoldaşlıq oyunları üçün yekun heyət müəyyənləşəcək.