19 sentyabr 2022 18:53
568

U-21 millimizin yoldaşlıq oyunu ləğv edildi

Bu gündən Bakıda təlim-məşq toplanışına start verən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının hazırlıq proqramında dəyişiklik baş verib.

"İki sahil" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 24-də Bakı Olimpiya Stadionunda (BOS) Qırğızıstan seçməsinə qarşı keçirilməsi planlaşdırılan yoldaşlıq oyunu ləğv edilib.

Buna səbəb rəqib komandanın Azərbaycana səfər edə bilməməsidir.

Qeyd edək ki, U-21 sentyabrın 27-də BOS-da Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.