Azərbaycanın daha bir yeniyetmə stolüstü tennisçisi Gürcüstanın paytaxtı Tbilisidə “Wtt Youth Contender Tbilisi” turnirində 1/8 finala yüksəlib.
Federasiyadan "İki sahil"ə verilən məlumata görə, Onur Quluzadə qazaxıstanlı Əli Onov, Birləşmiş Ərəb Əmirliklərindən olan Yusef Alhavai və Ermənistan təmsilçisi Mikayel Melkonyanı məğlub edərək mərhələ adlayıb.