"Milan"ın futbolçusu Teo Ernandes sıradan çıxıb.
"İki sahil" İtaliya mətbuatına istinadən xəbər verir ki, 24 yalı müdafiəçinin bud əzələsi zədələnib. O, Fransa yığmasının Millətlər Liqasındakı Avstriya və Danimarka ilə növbəti 2 oyununu buraxacaq.
Qeyd edək ki, Teo 2019-cu ildən "Milan"da oynayır.