19 sentyabr 2022 09:07
334

9-cu saniyədə qırmızı kart aldı

“Nitsa”nın oyunçusu Jan Kler Todibo Liqa 1-də “Anjer”lə qarşılaşmanın ilk dəqiqəsində meydandan qovulub.

“İki sahil” xəbər verir ki, əvvəllər “Barselona”da çıxış edən müdafiəçi oyunun 9-cu saniyəsində rəqibi Abdallah Simə qarşı kobud oyuna görə birbaşa qırmızı vərəqə alıb.

Bu, Fransa çempionatı tarixində ən erkən qovulma olub.

Görüşün nəticəsinə gəlincə, “Anjer” 1:0 hesabı ilə qalib gəlib.