19 sentyabr 2022 02:50
507

Samboçularımız Avropa çempionatını 4 medalla başa vurublar

Azərbaycan samboçuları Serbiyanın Novi Sad şəhərində keçiriləm kişilər arasında idman və döyüş sambosu üzrə Avropa çempionatını 4 medalla başa vurublar.

"İki sahil" xəbər verir ki, çempionatda idman sambosu yarışlarında Ceyhun Hüseynov (88 kiloqram) gümüş, Mirfəttah Seyidəliyev (64 kiloqram) və Emil Həsənov (71 kiloqram) bürünc medala sahib olublar.

Döyüş sambosu yarışlarında isə Ramil Vəliyev (79 kiloqram) gümüş medal qazanıb.