18 sentyabr 2022 23:42
527

"Qarabağ" "Zirə"ni topa tutdu – 1-7

Bu gün Misli Premyer Liqasının 7-ci turu çərçivəsində "Qarabağ" "Zirə"nin qonağı olub.

“İki sahil” xəbəer verir ki, qarşılaşmanın 34-cü dəqiqəsində Coşqun Diniyev hesabı açsa da 44-cü dəqiqədə Toral Bayramov hesabı bərabərləşdirib.

İkinci hissəyə daha aktiv başlayan “Qarabağ”ın heyətində 56, 60-cı dəqiqələrdə Musa Qurbanlı fərqlənib. 64-cü dəqiqədə Kadinin, 68-ci dəqiqə isə Ramil Şeydayev vurduğu qollarla hesab arasındakı fərqi beş topa çatdırıblar – 1-5.

Qarşılaşmada son nöqtəni 79 və 85-ci dəqiqələrdə Musa Qurbanlı qoyub – 1-7.

Misli Premyer Liqası

7-ci tur

18 sentyabr (bazar)

20:30. “Zirə” 1–7 “Qarabağ”

Qollar: Coşqun Dİniyev, 34 (1:0), Toral Bayramov, 44 (1:1), Musa Qurbanlı, 56 (1:2), 60 (1:3), Kadi, 64 (1:3), Ramil Şeydayev, 68 (1:5), Musa Qurbanlı, 79 (1:6), Musa Qurbanlı, 85 (1:7)

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Vüsal Məmmədov, Əli Əliyev

Zirə İdman Kompleksinin stadionu