18 sentyabr 2022 22:08
549

"Kəpəz" ilk xalını qazandı

Bu gün Misli Premyer Liqasında 7-ci turu çərçivəsində "Kəpəz" "Şamaxı"nı qəbul edib.

“İki sahil” xəbər verir ki, Nihad Quliyev matçın 5-ci dəqiqəsində hesabı açıb. 47-ci dəqiqədə Ahmed Ayzayanın hesabı bərabərləşdirdiyi qarşılaşmada son nöqtəni Abdullahi Şuaybu qoyub – 2-1.

Bununla da “Kəpəz” Misli Premyer Liqasında ilk xalını qazanıb.

Misli Premyer Liqası

7-ci tur

18 sentyabr (bazar)

18:00. “Kəpəz” 2–1 “Şamaxı”

Qollar: Nihad Quliyev, 5 (0:1), Ahmed Ayzaya, 47 (1:1), Abdullahi Şuaybu, 60 (2:1)

Hakimlər: Nicat İsmayıllı, Müslüm Əliyev, Rəhman İmami, Rəvan Həmzəzadə

Qəbələ şəhər stadionu