Dortmund "Borussiya"sının zədəli kapitanı Marko Roysun son durumu müəyyənləşib.
"İki sahil" Almaniya mətbuatına istinadən xəbər verir ki, klubun idman direktoru Sebastyan Kel Almaniya millisinin üzvünün topuq bağını yırtıldığını və onun təxminən 3-4 həftə yaşıl meydanlara kənar qalacağını bildirib. Beləliklə, o, DÇ-2022-də iştiak edə biləcək.
Qeyd edək ki, Roys Almaniya Bundesliqasının 7-ci turunda "Şalke" ilə matçda (1:0) zədələnmiş və meydanı xərəkdə tərk etmişdi.