18 sentyabr 2022 20:13
509

PSJ Dembeleni niyə transfer etməyib?

PSJ-nin direktoru Luis Kampus klubun "Barselona"nın futbolçusu Usman Dembele ilə niyə müqavilə imzalamadığını açıqlayıb.

“İki sahil” xəbər verir ki, o, "France Football"a açıqlamasında deyib: “Dembele ilə müqavilə imzalamadıq, çünki o, cinah yarımmüdafiəçisidir və biz fərqli sistemdə oynayırıq.Dembeleni bəyənirəm, o, əla futbolçudur. Amma bizim başqa planlarımız var idi”.

Qeyd edək ki, fransalı futbolçu La Liqada 6 matçda 2 qol vurub, 2 qolun ötürməsini verib.